Aztelekom 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib – FOTObackend

Aztelekom 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC tərəfindən telekommunikasiya xidmətlərindən istifadə edənlərin sayı və əhatə dairəsi genişləndirilib.

Nazirlikdən NOCOMMENT-ə verilən məlumata görə, artıq 700 mininci ev qurumun telekommunikasiya xidmətləri ilə təmin edilib. “Aztelekom” ailəsinə yeni qoşulan ev İmişli rayon Aranlı kənd sakini, 2-ci qrup Qarabağ əlili Həsənov Aydın Hüseynağa oğluna məxsus olub.

Qurumun adından “Aztelekom” MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov 700 mininci abunəçini təbrik edərək ona modem və digər hədiyyələr təqdim edib, telefondan, internetdən 6 ay ərzində ödənişsiz istifadə edəcəyini söyləyib.