Badamdarda sürüşmənin səbəbləri açıqlandıbackend

Badamdarda sürüşmənin səbəbləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşməyə səbəb əsasən, orta hissədə, 2-ci quyunun qarşısında yeraltı suların uzun müddət ərzində toplanması olub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin “Azərinşaat” layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib.

Onun sözlərinə görə, drenaj quyularının özlərinin hazır olduğuna baxmayaraq uzunluğu 50 metr olan üfüqi drenaj borularının inşası tam başa çatdırılmayıb: “Yeraltı suların toplanması mənbələrindən biri kimi yamacın yuxarı hissəsində 2-ci sahə deyilən yaşayış hissəsində təqribən üç minə qədər fərdi yaşayış evlərinin kanalizasiya xəttinə qoşulmaması da ehtimal olunur.

Layihə üzrə işlər tam bitənədək sahədə lokal uçqun hadisələri baş verə bilər”.