Bağçadakı insidentlə bağlı rəsmi AÇIQLAMAbackend

Bağçadakı insidentlə bağlı rəsmi AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

339 nömrəli uşaq bağçasının ərazisindən bir uşaq qısamüddətli yayınıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilir ki, görülmüş tədbirlər nəticəsində qısa müddətdə uşaq geri qaytarılıb.

Operativ olaraq məsələ araşdırılmış və tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görülüb.

“Həmçinin valideynə məlumat verilib və valideynlə söhbət aparılıb. Təəssüf ki, valideyn adekvat münasibət göstərməyib, qanunsuz tələblərlə çıxış edib.

Onu da qeyd edək ki, uşaqların mühafizəsi və işçilərin məsuliyyətinin daha da artırılması ilə bağlı müvafiq tədbirlər görülüb. Məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”, – açıqlamada deyilir.