Bahalı maşınlar alan məmurlara XƏBƏRDARLIQ: “Açarları təhvil verin, əks halda…”backend

Bahalı maşınlar alan məmurlara XƏBƏRDARLIQ: “Açarları təhvil verin, əks halda…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriya Prezidenti Əhməd Əl-Saraa keçmişdə istifadə etdiyi qərargahda dövlət məmurları və iş adamları ilə birgə müşavirədə qəzəblənib.

NOCOMMENT.az xəbər verir ki, o, qərargah qarşısında dayanan yüzdən çox lyuks maşşınalara işarə edərək, məmurları “topa tutub”.

Suriya Prezidenti canlı yayımlanan müşavirədə üzünü məmurlara tutaraq həmin maşınların necə alınmasını soruşub: “Mən dövlətin sizə bu qədər yüksək maaş verdiyini bilmirdim! İnqilabın övladları olduğunuzu nə tez unutdunuz? Yəni siz bu qədər tez başdan çıxdınız?”.

Əl-Saraa bütün dövlət qulluqçularına belə avtomobillərin açarlarını dərhal təhvil vermələrini əmr edib, əks halda cinayət işinə məruz qala biləcəklərini xəbərdar edib.

Analitiklərin fikrincə, bu addım yeni rəhbərliyin əsas problemini, üsyan hərəkatından səmimi və korrupsiyadan uzaq vətəndaş hökumətinə keçid cəhdini göstərir.