“Bakalavrlar üçün 2-3, magistrlər üçünsə 1 illik təhsil yetərlidir”backend

“Bakalavrlar üçün 2-3, magistrlər üçünsə 1 illik təhsil yetərlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Universitetlər daha çevik, əlçatan, praktik olmalı, təhsil müddəti azaldılmalı, qiymətləndirmə meyarları dəyişməlidir. Bakalavrlar üçün 2-3, magistrlər üçünsə 1 illik təhsil yetərlidir”.

NOCOMMENT.az xəbər verir ki, Valyuta.az-a açıqlamasında bunu təhsil eksperti Kamran Əsədov Milli Məclisin deputatı Fazil Mustafanın Azərbaycanda yeni universitet modelinin qurulması məsələsini şərh edərkən deyib:

“Azərbaycanda fəaliyyət göstərən universitetlər müasir dövrün tələblərinə cavab vermir. Yeni universitet modeli təhsil alma və vermənin, mütəxəssis hazırlamanın modelinin dəyişdirilməsi deməkdir. Təhsil müddəti daha qısa olmalıdır və təhsil onlayn rejimdə də həyata keçirilə bilər. Jurnalist peşəsinə yiyələnmək üçün 4 il təhsil almağa ehtiyac yoxdur, daha qısa müddətli olmalıdır. Tələbə universitetə qəbul olunanda artıq köhnə informasiyanı alır. Ona görə də universitet məzunları əmək bazarına daxil olanda yeniliklərlə bağlı məlumatsız olurlar. 4 il bakalavr və 2 il magist təhsili almaq uzun müddətdir. Bakalavrlar üçün 2-3, magistlər üçünsə 1 illik təhsil yetərlidir. Laboratoriyası olmayan, texnoloji avadanlıqlarla zənginləşdirilməyən universitetlər müasir tələblərə cavab verməyən universitetlərdir. Azərbaycanın 51 universitetinin 48-i isə bunlardan məhrumdur”.

Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafa mətbuata açıqlamasında ölkəmizdə yeni universitet modelinin qurulması vacibliyindən danışıb.