Bakı daha 17 erməni hərbçini təhvil verəcəkbackend

Bakı daha 17 erməni hərbçini təhvil verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 13-14 sentyabr tarixlərində Ermənistanın son təxribatı zamanı saxlanılan 17 hərbçini qarşı tərəfə təhvil verəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı “Канал огней” teleqram kanalı yayıb.

Məlumata görə, sözügedən şəxslərdən 4-ü yaralıdır və onların müalicəsi üçün bütün lazımi tədbirlər görülüb.

Bildirilir ki, bu proses beynəlxalq kanallar vasitəsilə Ermənistan hökuməti ilə razılaşdırılıb. Erməni hərbçilərin yaxın zamanlarda Ermənistana təhvil verilməsi gözlənilir.