Bakı İrəvandan nə tələb edir? – Erməni nəşri açıqladıbackend

Bakı İrəvandan nə tələb edir? – Erməni nəşri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla əhatəli sülhə nail olmaq üçün beş məsələ öz həllini tapmalıdır”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Aykakan Jamanak” qəzeti yazıb.

Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana məxsus olan nəşr qeyd edib ki, Azərbaycanın Ermənistandan 5 əsas tələbi var.

Qəzetə görə, bu tələblər aşağıdakılardır:

– Qarabağın dağlıq hissəsindəki separatçı rejim və ordunun ləğv edilməsi;

– Qarabağın heç bir muxtariyyət statusu olmadan Azərbaycan ərazisi kimi tanınması;

– Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılması (Zəngəzur dəhlizi);

– 1919-1920-ci illərin xəritələri ilə delimitasiya və demarkasiya prosesi;

– İtkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirmək.

Erməni nəşri bildirib ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromis tapılmalı, ya da Bakı onlardan əl çəkməyə məcbur edilməlidir (inandırılmalıdır).