Bakı-Qazax yolundakı dəhşətli qəzanın anbaan görüntüləri – VİDEObackend

Bakı-Qazax yolundakı dəhşətli qəzanın anbaan görüntüləri – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib, hadisə nəticəsində güclü yanğın olub.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə sözügedən qəzanın təhlükəsizlik kameraları vasitəsilə çəkilmiş anbaan kadrları yayılıb.

Sözügedən kadrları təqdim edirik:

Qeyd edək ki, qəzada “Opel” markalı 99-BH-926 dövlət qeydiyyat nişanlı, “Mercedes” markalı 99-ZD-593 dövlət qeydiyyat nişanlı və “Kamaz” markalı 42-CB-514 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub. Qəza nəticəsində “Mercedes” markalı 99-ZD-593 dövlət qeydiyyat nişanlı yanacaq daşıyan avtomobilin sürücüsü həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.