Naxçıvanda qəza: Yaralananlar varbackend

Naxçıvanda qəza: Yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az modern.az-a istinadən xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistralının Culfa rayonu ərazisində qeydə alınıb.

Belə ki, qəza zamanı iki avtomobil toqquşub və nəticədə üç nəfər xəsarət alıb. Xəsarət alan Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Azadə Fəhralı qızı Məhərrəmova, 1986-cı il təvəllüdlü Könül Mehdi qızı Qafarova və 2002-ci il təvəllüdlü Aysu Vüqar qızı Qafarova Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.