Bakı–Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində yük avtomobili yolu keçən piyadanı vurub
NOCOMMENT.az-ın Şimal Bürosunun verdiyi məlumata görə, vəfat edən piyada 1981-ci il təvəllüdlü Məmməsov Elvin Balayar oğludur.
***07:36
Bakı–Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NOCOMMENT.az-ın Şimal Bürosunun verdiyi ilkin məlumata görə, Orxan Xuduyevin idarə etdiyi yük avtomobili yolu keçən piyadanı vurub.
Ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.












