Bakıda 19 yaşlı oğlan ÖLDÜRÜLDÜbackend

Bakıda 19 yaşlı oğlan ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilmişdir.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a daxil olan birgə məlumata görə, iyunun 9-u saat 22 radələrində Sabunçu rayonu ərazisində 2003-cü il təvəllüdlü Sübhan Cəfərovun üzərində xəsarət izləri olan meyiti aşkar edilmişdir.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat tədbirləri ilə qeyd edilən cinayət əməlinin 2003-cü il təvəllüdlü İlham Xanlarov tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İlham Xanlarov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.