KoronaVirus İnformasiya Portalı
Bakıda 554 küçə dezinfeksiya edildibackend

Bakıda 554 küçə dezinfeksiya edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər koronavirusa (COVID-19) yoluxanlarının sayında artımın olması nəzərə alınaraq noyabrın 14-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtın ərazisindəki əsas küçə, prospekt və yollarda, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 000 nəfərdən çox işçinin köməyi ilə artıq 16-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

Bu barədə NOCOMMENT.az -a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, görülən bu işlər Bakı şəhərində sakinlərin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcək.