Ətrafa dağılan ev əşyaları, tələm-tələsik yığılmış pal-paltar… Yağışlı havada küçədə dərs hazırlayan uşaq. Çarəsizcə dağılan evinin əşyalarına baxan ata…
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, bu Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 5-9 ünvanında yaşayan, dördüncü gündür küçədə gecələyən bir ailənin mənzərəsidir.
Şikayətçi iddia edir ki, 25 ildir bu ünvanda yaşayırlar. Evlərinin bir hisssəsinin sənədləri qaydasında olmasa da, onlara bu günə qədər evdən çıxmaq üçün heç bir tələbnamə ilə müraciət edilməyib.
Ev sakini Esmira Şahbazova deyir ki, bu dörd gündə onların halını heç kim gəlib soruşmur, xəstə atası, anası, körpə balaları ilə soyuğun, yağışın altındadır. Gəlib gedən də qəribə baxır.
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə müraciət etdik.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.