Bakının Sabunçu rayonunda 31 yaşlı qadın bıçaqlanıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.
1994-cü il təvvəlüdlü Aysel İsmayılova qardaşı tərəfindən əvvəlcə döyülüb, daha sonra ona 4 bıçaq zərbəsi vurulub. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Hazırda vəziyyətinin ağır olduğu bildirilir.













