Bakıda avtomobillər oğurlayan dəstə üzvləri saxlanıldıbackend

Bakıda avtomobillər oğurlayan dəstə üzvləri saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bir neçə avtomobil oğurlanıb.

Bu barədə NOCOMMENT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinə yanvarın 7-də “UPD” qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əliyevin “VAZ-2104” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.

Dərhal başlanılan əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ramazanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın heroin götürülüb.

Araşdırmalarla onun F.Məmmədova məxsus “Reno” markalı avtomobildən oğurluq etməsi və bu hadisələri Bakı şəhər sakini B.Cəlilov və Ağdam rayon sakini Ş.Nəcəfov ilə birgə törətməsi müəyyən edilib.

B.Cəlilov və Ş.Nəcəfov da polis əməkdaşları tərəfindən saxlanılıblar. Şəxsi axtarış zamanı B.Cəlilovdan 3 qrama yaxın, Ş.Nəcəfovdan isə 4 qrama yaxın heroin götürülüb.

Ətraflarında aparılan tədbirlərlə onların Q.Pirəliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyən edilib.

E.Əliyevə məxsus avtomobil Hövsan qəsəbəsi ərazisində tapılıb.