Paytaxtın Badamdar qəsəbəsində fəaliyyət göstərən Caspian International Hospital MMC-nin külli miqdarda vergi borcu yaranıb.
NOCOMMENT.az Teleqraf-a istinadla xəbər verir ki, hospitalın hazırda dövlətə qarşı 25 milyon 898 min 21.66 manat vergi borcu var.
Son iki ayda qurumun borcu 1 milyon manata yaxın artıb.
Qeyd edək ki, MMC 2013-cü ildən bəri fəaliyyət göstərir. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Abbasov Cəbrayıl Neymət oğludur.
Əlavə olaraq, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından aydın olur ki, hospitala qarşı 2010, 2012, 2016, 2019, 2020, 2022, 2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməsi səbəbindən toplam 15 hal üzrə ümumilikdə 600 manat maliyyə sanksiyası tətbiq edilib













