Bakıda bu məktəb sökülür – Rəsmibackend

Bakıda bu məktəb sökülür – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbin binası söküləcək.

NOCOMMENT.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, sökülən məktəbin yerində 480 şagird yerlik yeni bina tikiləcək.

Təhsilin İnkişafı Fondu tikinti işlərini “Global İnteriors Group” şirkətinə həvalə edib. Təhsil müəssisəsinin yeni inzibati binasının inşası 3 640 578.16 manata başa gələcək.

Qeyd edək ki, məktəbin əsası 1930-cu ildə qoyulub. 2010-cu ildə məktəb ilk dəfə olaraq əsaslı təmir edilib. Bir neçə il əvvəl isə məktəbin binası qəzalı vəziyyətə düşüb. Həmin vaxt məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə dərs keçib.