Bakıda bu yol 4 günlük bağlanırbackend

Bakıda bu yol 4 günlük bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektinin 9-cu km-də  (“Gənclik” parkının qarşısı, Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, buna səbəb sözügedən yolda aparılacaq əsaslı təmir işləridir:

“Bununla əlaqədar olaraq 15 dekabr saat 08:00-dan 19 dekabr saat 22:00-dək işlərin aparıldığı zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Əks istiqamət üzrə təmir işləri müddətində avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil olunacaq”.