Bakıda daha bir hamilə qadın koronavirusdan öldü: Həkimdən xəbərdarlıq – VİDEObackend

Bakıda daha bir hamilə qadın koronavirusdan öldü: Həkimdən xəbərdarlıq – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda daha bir hamilə qadın koronavirusdan vəfat edib.

NOCOMMENT-in Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, iyunun 24-də 1989-cu il təvəllüdlü 7 aylıq hamilə qadın 1 saylı Kliniki Tibbi Mərkəzin ginekologiya şöbəsinin reanimasiyasına daxil olub. Onda COVİD-19 virusunun əlamətləri aşkar edildiyindən test olunub. Testin nəticəsi pozitiv çıxıb. İyunun 27-də vəziyyəti ağırlaşdığı üçün süni tənəffüs aparatına qoşulub. Hamilə qadın kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib.

1 saylı Kliniki Tibbi Mərkəzin şöbə müdiri Cəmilə Ağazadə hadisə ilə bağlı bildirib ki, hamilə qadın xəstəxanaya müraciət edərkən artıq vəziyyəti ağır olub: “29 həftəlik hamilə qadın iyunun 24-də gecə saat 1-də Kliniki xəstəxanaya qəbul olunub. Xəstə artıq gələndə ağır vəziyyətdə idi. Ona görə ki, onun koronavirus xəstəliyi 3 gün əvvəl başlayıb. Yüngül öskürək, təngnəfəslik olub, hərarəti 3 gün ərzində 38,5 dərəcə olub. Lakin hamilə qadının xəstəxanaya ilk müraciəti 3 gün sonra olub. Artıq onda boğulma simptomları əmələ gəlmişdi, təngnəfəslik, ağciyərlərin distress sindromundan xəstəxanada vəfat edib.

Bizdə hamilə qadının bütün müayinələri aparılıb, ona koronavirus infeksiyası, ikitərəfli ocaqlı pnevmoniya diaqnozları qoyulub. Hamilə qadının əvvəldən ağır xəstəliyi olmayıb. Həmin qadında pnevmoniya koronavirusa yoluxandan sonra yaranıb.

Əhalidən artıq dərəcədə xahiş edirik ki, sağlamlıqlarına ciddi yanaşsınlar.

İstər hamilələr olsun, istər digər vətəndaşlar, koronavirusun ilk simptomlarında həkimə müraciət etsinlər. Evdə özünüzü müalicə etməyin. Həkimə gec müraciət edəndə xəstəni ağır vəziyyətdən çıxarmaq daha çətin olur. Hər iki ağciyərin çatışmazlığı əmələ gəlir, vəziyyət daha da ağırlaşır. Evdə özünü müalicə etmək və həkimə gec müraciət etmək xəstənin vəziyyətini daha da ağırlaşdırır”.