Bakıda daha bir yerdə yol hərəkətinin təşkilində dəyişikliklər edilibbackend

Bakıda daha bir yerdə yol hərəkətinin təşkilində dəyişikliklər edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda, Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsində yol hərəkətinin təşkilində dəyişikliklər edilib.

Bu barədə NOCOMMENT-ə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə,

– kəsişmədə Ü.Hacıbəyli küçəsi üzərində sağ zolaqda məcburi sağa əmr edən nişanlanma xətti düzünə və sağa nişanlanma xətti ilə əvəzlənib;

– Ü.Hacıbəyli küçəsində zolaqlar üzrə hərəkət trayektoriyası (1,7 nişanlanma xətti) təşkil edilib;

– İşıqfor obyektində daimi sağa bölməsi ləğv edilib.

“Bu dəyişikliklər kəsişmədə hərəkəti buraxma qabiliyyətini 25% artıracaq. Sürücülərdən dəyişiklikləri nəzərə almalarını və qaydalara riayət etmələrini xahiş edirik”, – deyə məlumatda qeyd olunub.