Bakıda evlərin qiyməti niyə artır? – SƏBƏBbackend

Bakıda evlərin qiyməti niyə artır? – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda mənzillərin qiyməti günü-gündən artmaqdadır. Artıq köhnə binalarda belə aşağı qiymətə ev tapmaq mümkün deyil.

Bəs, evlərin qiymətinin artmasına səbəb nədir?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.aza danışan əmlak eksperti Elnur Fərzəliyev bildirdi ki, qiymətlər artıq uzun illərdir artmaqdadır.

Onun sözlərinə görə, 2023-cü ildən qiymətlər daha çox kəskin artıb:

“Buna müxtəlif səbəblər var. Səbəblərdən biri həm artıq paytaxtda çoxmənzilli binaların inşası üçün torpaq sahələrinin qalmamasıdır. Onlar da məcburən köhnə binaları sökürlər, köhnə binaları sökəndə bina tikilib mənzillər təhvil verilən günə qədər bütün sakinlərin hər birinə kirayə pulu ödənilir. Tam təmirli, daha geniş sahəsi olan mənzillər verilir və bu da öz özlüyündə mənzilin maya dəyərini artırır. Şəhərsalma qanunlarına əsasən artıq tikinti şirkətləri tikəcəkləri torpağın yalnız 30 faizində tikə bilərlər. Hansı ki, 2018-ci ilə qədər binalar tikiləndə, tutaq ki, bir hektarda tikinti şirkəti 40 min, 50 min, 60 min kvadratmetrlik tikinti işləri apara bilirdisə, hazırda bu rəqəm maksimum 30 minə qədərdir. Şirkətlər də məcburdurlar ki, qoyduqları xərci götürmək üçün qiymətləri artırsınlar.

Başqa bir tərəfdən də köhnə binalarda da kəskin qiymət artımı var. Beş mərtəbə, dörd mərtəbəli binaların da qiyməti artır. Bu, süni artımdır. Onun artımına da əsas səbəb odur ki, o binalar mərhələli şəkildə sökülüb, yeni tikili binalarla əvəzlənir, sökülüb əvəzlənən zaman artıq vətəndaşa verilən yeni binadakı mənzilin satış qiyməti vətəndaşın köhnə mənzilindən daha baha olur. İki dəfəyə qədər daha baha qiymət təklif olunur. Həmçinin də tikinti qaydalarında dəyişiklik, tikintilərlə bağlı vergilərin artırılması özü də birmənalı olaraq qiymət artımına gətirib çıxarır”.