Bakıda güclü yanğın – VİDEObackend

Bakıda güclü yanğın – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın hadisəsi Bakıxanov qəsəbəsi ərazisində ikimərtəbəli obyektdə baş verib.

 

Bildirilib ki, hər mərtəbəsi 80 kvadrat metr olan obyektda baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib.
Artıq yanğın məhdudlaşdırılıb.

***

Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində güclü yanğın başlayıb.

Bu barədə ərazidə yaşayan sakinlər ölkə.az-ın redaksiyasına video göndəriblər.

Yanan ərazi və hadisənin səbəbi məlum deyil.

Yanğının təsirindən tüstü xeyli əraziyə yayılıb.

Hadisə yerinə çox sayda yanğınsöndürən cəlb edilib.