Bakıda həbsxanada məhkum ölüb.
NOCOMMENT.az xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
Məhkum Gülağa Lətifov cəza çəkdiyi müəssisədə ölüb. İlkin məlumata görə, onun xəstəlikdən öldüyü bildirilir.
Hadisə 2014-cü ildə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində qeydə alınıb. G. Lətifov qonşuları Akif Nəzərovu, onun oğlu Asif Nəzərovu, Fərid Qədirovu, və Yusif Paşayevi güllələyib. F. Qədirov hadisə yerində ölüb, digərləri isə xəstəxanaya yerləşdirilib. (lent.az)












