KoronaVirus İnformasiya Portalı
Bakıda iş adamının intiharının şok təfərrüatları – VİDEObackend

Bakıda iş adamının intiharının şok təfərrüatları – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 15-də Bakının Nəsimi rayonunda iş adamı Ramin Əliyevin (1984-cü il təvəllüdlü) intihar etməsinin bəzi təfərrüatları məlum olub.

Qeyd edək ki, R.Əliyev Mehbalı Zeynalabdıyev küçəsi, 8 saylı binanın qarşısındakı həyətdə avtomobilinin baqajından ov tüfəngini götürərək, başına atəş açıb.

R.Əliyevin cəsədi saat 16 radələrində tapılıb.

NOCOMMENT xəbər verir ki, Rayon prokurorluğundan oxu.az-a verilən məlumata görə, faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hüquq-mühafizə orqanlarındakı digər mənbələrdən əldə edilən məlumata görə, iş adamının biləklərində təzə kəsiklər tapılıb ki, bu da R.Əliyevin ən azı daha bir dəfə intihara cəhd etdiyini göstərir.

Həmçinin, məlum olub ki, R.Əliyevin qayınatasına məxsus böyük tikinti şirkətində yüksək vəzifə tutub.

Qeyd edək ki, bu tikinti şirkəti “İnşaatçılar” metrostansiyasının yaxınlığında bir sıra yaşayış binaları ucaldıb.

Mərhumu intihara sövq edən səbəb hələlik məlum deyil.

Dindirmə zamanı R.Əliyevin yaxınları və dostları onun son vaxtlar qəribə davrandığını, rəftarında nəzərəçarpacaq dərəcədə narahatlıq müşahidə edildiyini söyləyiblər.

Bəzi məlumatlara görə, intihar Əliyevlər ailəsində yaranan münaqişənin nəticəsidir.

Hüquq-mühafizə orqanları isə bildirib ki, bu versiya araşdırılır, lakin hələ təsdiqini tapmayıb.