Bakıda kollec yataqxanasında YANĞINbackend

Bakıda kollec yataqxanasında YANĞIN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Sabunçu rayonunda beşmərtəbəli yataqxana binasının 2-ci mərtəbəsinin dəhlizində ümumi sahəsi 10 m² olan mətbəxdə 1 ədəd qaz sobası yanıb.

Fövqəladə Hallar Nazirliyindən NOCOMMENT.az-a verilən xəbərə görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 4 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mətbəxin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

***

11:05

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin yataqxanasında yanğın olub.

NOCOMMENT.az xəbər verir ki, hadisə Sabunçu rayonu Ramiz Qəmbərov keçəsində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb.