Bakıda kreditlə villa satılır: 5 milyon manata – FOTObackend

Bakıda kreditlə villa satılır: 5 milyon manata – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Paytaxtda Qala-Şüvəlan yolu istiqamətində fərdi memarlıq layihəsi əsasında inşa olunmuş əsrarəngiz, lüks villa satışa çıxarılıb. Villa 60 sotluq geniş torpaq sahəsində tikilib.

NOCOMMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, villanın interyeri dünyaca məşhur brend mebellər və avadanlıqlarla təchiz edilib və qismən əşyalı satılır. Nəğd qiymət 5 milyon manatdır.

Bu əsrarəngiz mülkə kredit yolu ilə də sahib olmaq mümkündür. Bunun üçün ilkin olaraq 4 milyon 750 min AZN, 10 il ərzində isə ayda 4504 manat ödəmək lazımdır.

220 m² yaşayış sahəsi olan villada geniş və işıqlı zal, 5 yataq otağı, 2 mətbəx, 2 qarderob, namaz otağı, 7 sanitar qovşaq və qapalı hovuz var.