Bakının mərkəzində alim Əliövsət Quliyevin adını daşıyan küçədə onun adı səhv yazılıb.
NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki, sosial mediada yayılan görüntülərdə küçə lövhəsində “Əliövsət” əvəzinə, “Əlövsət” deyə yazılıb.
Hətta “Google Xəritə”də də həmin küçənin adı “Əlövsət” kimi görünür.
Qeyd edək ki, Əliövsət Quliyev tarix elmləri doktoru, professor və Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü olub.














