Bakıda oğurlanan məktəbli qız danışdı – VİDEObackend

Bakıda oğurlanan məktəbli qız danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda naməlum şəxsin beşinci sinif şagirdini maşınına mindirərək oğurlamaq istəməsi haqqında xəbər vermişdik.

NOCOMMENT xəbər verir ki, Baku TV-nin çəkiliş qrupu Sabunçu rayonu 188 saylı orta məktəbin önündə baş verənləri öyrənmək üçün həmin əraziyə üz tutub.

Dərin stress yaşamış məktəbli başına gələnləri mikrofona danışıb. O bildirib ki, məktəbdən çıxarkən böyük qardaşı balaca bacısını götürmək üçün ondan ayrılıb.

Elə bu vaxt papaqlı bir nəfər ona yaxınlaşıb: “Məni qəfildən maşına itələdi. Ondan sonra mənə bıçaqla hədə-qorxu gəldi. Dedi ki, sakitcə maşında otur, kim soruşsa, mənim qızımsan”.