Bakıda onlarla məktəbin direktoru işdən çıxarılıbbackend

Bakıda onlarla məktəbin direktoru işdən çıxarılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci təqvim ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan 30 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə müxtəlif əsaslarla xitam verilib.

İdarədən NOCOMMENT-ə verilən məlumata görə, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 13 nəfər direktor vəzifəsinə təyin olunub, 24 direktorun iş yeri dəyişdirilib. 172 məktəb direktorunun müddətli əmək müqaviləsinin müddəti uzadılıb.

Çalışmanın yaş həddinə çatmış 43 direktorla müddətli əmək müqaviləsi bağlanıb.