Bakıda qəzaya düşən avtobus evin damına çıxıb – FOTObackend

Bakıda qəzaya düşən avtobus evin damına çıxıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonunda avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, qəza Köhnə Günəşli qəbəsində qeydə alınıb. Belə ki, 46 saylı sərnişin avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. İdarəetmədən çıxan avtobus yaşayış evinin damına çıxıb.

Hadisə nəticəsində yaşayış evinə ciddi zərər dəyib. Qəza baş verən zaman mənzildə bir nəfər olub. Xəsarət alan yoxdur.

Bundan əlavə, mənzilə gedən qaz xətti də zədələnib. Bu səbəbdən mənzillərə qazın verilişi dayandırılıb. Avtobus yol kənarındakı ağacları da yerindən qoparıb.

Əraziyə müvafiq qurumların iştirakı ilə baxış keçirilib. Hadisə ilə bağlı araşdırma aparılır.