İşləmək üçün ən çox üz tutulan ölkələr – TOP 7backend

İşləmək üçün ən çox üz tutulan ölkələr – TOP 7

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş həyatı heç bir sərhəd tanımır. Bəziləri iş həyatına doğulduğu şəhərlərdə davam edərkən bəziləri də minlərlə kilometr uzaqda, tamamilə fərqli ölkələrdə işləyir. İnsanlar işləmək üçün müxtəlif ölkələr seçilər. Xaricə iş üçün üz tutanların çoxu üçün əsas olan iş şəraiti, əmək haqqının yüksək olması, çox işləmədən çox qazanmaq üsullarıdır. Bəs dünyada işləmək üçün ən çox gedilən ölkələr hansılardır?

NOCOMMENT.az valyuta.az-a istinadən dünyada işləmək üçün ən çox səyahət edilən 7 ölkəni təqdim edir.

1. Kanada

Həyat səviyyəsinin yüksək olduğu bu ölkədə iş imkanlarının da yaxşı olduğunu söyləmək olar. Xüsusilə, təhsil baxımından ən çox seçilən ölkələrdən biri olduğu üçün çox seçilən ölkədir. Daha yaxşı şəraitdə yaşamaq istəyən insanların ən çox üstünlük verdiyi ölkələr arasında yer alan Kanadanın OECD (Better Life Index) üzrə ilk beşlikdə olduğu görülür.

Kanada da insanlara vətəndaşlıq hüququ verir. Bundan əlavə, Kanadada 3 il müddətində yaşayan insanlara Kanada vətəndaşlığı təqdim edilib. Arzu edilərsə, ailələr Kanada daxilində məskunlaşdırıla bilər. Maliyyə və iqtisadiyyat sahəsində işləmək istəyən insanların kor-koranə məskunlaşa bildiyi ölkələrdən biri kimi görülür.

2. Norveç

Norveç yüksək maaşla işləmək istəyənlərə tövsiyə oluna biləcək ölkələr sırasındadır. Norveç səxavətli maaşları ilə digər Skandinaviya regionlarına maliyyə baxımından bənzəyir. Ölkənin orta illik əmək haqqı 33,492 dollardır və təbii ehtiyatlarla çox zəngindir. Cəlbedici biznes imkanlarının təmin oluna biləcəyi bir ölkə olan Norveçdə balıqçılıq adi bir peşədir və ölkə iqtisadiyyatına böyük töhfə verir.

3. Amerika Birləşmiş Ştatları

Ölkə daxilində insanların bir-birinə olan hörmətinə görə ABŞ çox yüksək səviyyədə immiqrasiya alan ölkələr sırasındadır. Bu səbəbdən ölkədə yaşayan insanlar hər zaman insani dəyərlərə üstünlük verirlər və buna görə də iş şəraitini ən yaxşı səviyyədə saxlayırlar ki, bu da sözügedən ölkəni cəlbedici edir. İnformatika sahəsi yüksək inkişaf etmiş ölkədə maliyyə sahəsində də işləmək mümkündür. Bundan əlavə, əgər sizin ABŞ-da yaşayan qohumunuz varsa, sizin də qaçqın kimi işləmək imkanınız ola bilər.

4. Almaniya

İşsizliyin çox aşağı, 5% olması Almaniyada işləmək imkanını artırır. Dünyadan sıx mühacir qəbul edən Almaniyada iş şəraitinin işə görə dəyişə biləcəyini söyləmək olar. Bəzən çox sıx bir tempdə işləmək bütün ölkələr üçün olduğu kimi Almaniya üçün də keçərli ola bilər.

5. İsveçrə

Yüksək maaş almağı hədəfləyən insanların ən çox üstünlük verdiyi ölkələr arasında yer alan İsveçrədə orta illik qazanc 188 min 280 dollardır. Bu, İsveçrəni iş sahəsində çox cəlbedici edir.

6. Braziliya

İnsanlarının çox mehriban olduğu ölkələr sırasında olan Braziliyada mədəni qarşılıqlı əlaqə də mövcuddur və bu ölkəyə gedənlər tərəfindən insanların özlərini yad kimi hiss etmədikləri hər zaman vurğulanır. İşə getmək istəyənlərin şirkətdən dəvət alıb işə başlaması mümkündür. İş həyatında daha da irəliləmək istəyən insanlar kiçik işlərlə başlayıb sonra iş şəraitlərini və irəliləyişlərini dəyişə bilərlər.

7. Rusiya

Azərbaycan Rusiya ilə böyük ticarət həcminə malik olan ölkələrdən biridir. Bu səbəbdən Rusiyanın məşğulluq baxımından azərbaycanlılara müsbət baxır. Rusiyada ixtisaslı kadrlar çox az olduğundan, kadrlara həmişə ehtiyac var. Yaşayış şəraitinə və soyuq iqlim şəraitinə uyğunlaşa bilən insanların bu ölkəni seçmələri tövsiyələr sırasındadır.