Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan varbackend

Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

NOCOMMENT xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Binanın 4-cü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 1 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.