Bakıda “yol terroru”: 2 fərqli ərazidə iki qadını maşın vurub öldürdübackend

Bakıda “yol terroru”: 2 fərqli ərazidə iki qadını maşın vurub öldürdü 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki fərqli ərazidə piyada ölümü qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, hadisələrdən biri Səbail rayonunda baş verib.

2002-ci təvəllüdlü Seyfulla Mehdizadə idarə etdiyi “Hyundai Elantra” markalı avtomobillə “Dövlət Bayraq” meydanının yaxınlığında piyada 1988-ci il təvəllüdlü Axundova Vlada Vladislavovnanı vurub.

Digər hadisə isə Sabunçu rayonunda baş verib.

1996-cı il təvəllüdlü Pərvin Şükürov idarə etdiyi “Renault” markalı avtomobili ilə piyada 1989-cu il təvəllüdlü Könül Məmmədovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki qadın aldıqları xəsarətlərdən hadisə yerində ölüblər

Faktlarla bağlı cinayət işi başlanılıb.