Bakıda yükqaldırıcı kran aşıb – ölən və yaralanan varbackend

Bakıda yükqaldırıcı kran aşıb – ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi, 29 ünvanında qeydə alınıb. Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb. Hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.