Bakıdakı Əbu Bəkr məscidi açılır, tender elan olunubbackend

Bakıdakı Əbu Bəkr məscidi açılır, tender elan olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxtın Nərimanov rayonundakı “Əbu Bəkr məscidi”nin bərpa-gücləndirmə işlərinə dair layihə smeta sənədlərinin hazırlanması üçün açıq tender elan edib.

NOCOMMENT xəbər verir ki, tenderdə iştirak haqqı 200 manatdır.

İddiaçılar ilkin sənədləri oktyabrın 21-də saat 11:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə oktyabrın 29-da saat 18:00-a qədər dövlət satınalmaları üzrə vahid internet portalı vasitəs ilə təqdim edə bilərlər.

Nəticələr noyabrın 1-də saat 11:00-da portalda açıqlanacaq./report