Bakıdan Ankaraya uçan təyyarə Tbilisidə təcili eniş etdibackend

Bakıdan Ankaraya uçan təyyarə Tbilisidə təcili eniş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidmətindən məlumat verilib.

Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub.

Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib.

Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək.