“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilərbackend

“Bakıinşaatsənaye” 25000 manat cərimələnə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakıinşaatsənaye” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində inzibati protokol tərtib olunub.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, ASC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə ittiham olunur.

İşə Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə baxılacaq.

192.1-ci maddədə fiziki şəxslərin 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslərin 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslərin isə 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.