BakıKart aparatları niyə sökülür? – AÇIQLAMAbackend

BakıKart aparatları niyə sökülür? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər şəhərin müxtəlif ərazilərində “BakıKart” aparatları sökülür. Aparatların sökülməsi səbəbindən saytımıza müxtəlif şikayətlər də daxil olur.

Məsələni araşdırmaq üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlanılıb. NOCOMMENT xəbər verir ki, o, yenisabah-a açıqlamasında “BakıKart” balansını artırmaq üçün imkanların daha da genişləndirildiyini bildirib: “Bakı şəhərində “BakıKart”ın balansını artırmaq üçün daha geniş imkanlar yaradılıb. “BakıKart” aparatları əvvəllər yalnız dayanacaq məntəqələrində idisə, indi sərnişinlərimiz bütün marketlərdə digər ödənişlərini edərkən “BakıKart”larının balansını da artıra bilərlər.

Bütün “MilliÖn” terminalları “BakıKart” ödənişlərini qəbul edir.

Bir daha elan etmək istəyirəm ki, əvvəllər sərnişinlərin yalnız avtobus dayanacaq məntəqəsində 250-ə yaxın ödəmə terminalından balans artırma imkanı var idisə, hansı ki, bu da məhdud hesab edilirdi, bu gün 1400-dən çox “MilliÖn”-ə məxsus olan ödəmə terminalında bu imkan yaradılıb.

Bakı şəhərinin bütün inzibati ərazilərində ən xırda məhəllə marketlərində belə “MilliÖn” terminalları mövcuddur.

“MilliÖn” terminalı vasitəsi ilə nəqliyyat xidmətləri hissəsinə daxil olub, “BakıKart” xidmətini seçib ödənişlərinizi edə bilərsiniz”.

Mais Ağayev aparatların yenidən bərpasına da aydınlıq gətirib: “Dayanacaqlarda mövcud olan “BakıKart” aparatlarının yenidən quraşdırılması provayderin özündən asılıdır. Hazırda sərnişinlərin kart balansını artırma imkanları əvvəlki vaxtlarla müqayisədə daha genişdir”.