Bakının bu qəsəbələrində işıq olmayacaqbackend

Bakının bu qəsəbələrində işıq olmayacaq  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının bəzi qəsəbələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə NOCOMMENT.az -a Azərişıq ASC-dən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 35/6 kV-luq “Şağan-1” yarımstansiyasında 148 saylı Komplekt Transformator Məntəqəsindən (KTM) çıxan 6 kV-luq hava xəttində təmir işi aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 16:00-dək Mərdəkan qəsəbəsinin 28 May və Cəfər Rəmzi küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bundan başqa, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə noyabrın 13-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 35/6 kV-luq yarımstansiyada elektrik avadanlıqlarında təmir-təftiş və laboratoriya sınaq işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:30-dan 11:30-dək Maştağa qəsəbəsi və Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.