Bakının bu yollarında sıxlıq var – SİYAHIbackend

Bakının bu yollarında sıxlıq var – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən NOCOMMENT-ə verilən xəbərə görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;
3. Ziya Bünyadov prospekti Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;
4. Həsən bəy Zərdabi küçəsi 20 Yanvar m/st istiqamətində;
5. Bakı-Sumqayıt şosesi 20 Yanvar m/st istiqamətində;
6. Binəqədi şosesi Azadlıq prospekti m/st istiqamətində;
7. Tbilisi prospekti 20 Yanvar m/st-dan mərkəz istiqamətində;
8. Koroğlu Rəhimov küçəsi Ak.Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
9. Koroğlu Rəhimov küçəsi Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
10. Xətai prospekti Heydər Əliyev prospekti istiqamətində;
11. Mikayıl Useynov prospekti Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;
12. Üzeyir Hacıbəyli küçəsi Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
13. Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində;
14. Neftçilər prospekti Azneft dairəsi istiqamətində;
15. Niyazi küçəsi Azneft dairəsi istiqamətində;
16. Babək prospekti mərkəz istiqamətində;
17. Afiyəddin Cəlilov küçəsi Yusif Səfərov küçəsi istiqamətində;
18. 20 Yanvar dairəsində;
19. Sabunçu-Zabrat şosesi Koroğlu m/st istiqamətində sıxlıq müşahidə olunur.