Bakının mərkəzində güclü yanğın – 41 uşaq təxliyə edildibackend

Bakının mərkəzində güclü yanğın – 41 uşaq təxliyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinin Nəsimi rayonu, 28 may küçəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermiş yanğın söndürülüb.

NOCOMMENT.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri tərəfindən yanğının qarşısı alınıb.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonu, 28 may küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən NOCOMMENT.aza verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində baş vermi yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda bəzi tüstülənmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər görülür.

Təhlükəsizlik tədbirləri çərçivəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən uşaq bağçasından 41 uşaq yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

***

Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində mənzil yanır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə bildirilib ki, yanğın səbəbindən 28 May küçəsində, eləcə də Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər olan yolda sıxlıq yaranıb.