Bakının məşhur hotelində 12 milyon manata mənzil satılırbackend

Bakının məşhur hotelində 12 milyon manata mənzil satılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda yerləşən Hilton hoteldə mənzil satışa çıxarılıb.

NOCOMMENT.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, satışa çıxarılan mənzil 25 mərtəbəli hotelin 16-cı mərtəbəsində yerləşir.

Ümumi sahəsi 555 kvadrat metrə malik olan təmirsiz mənzil 270 dərəcə panoramik görüntüyə malikdir.

Təklif olunan bu əmlak mərtəbədəki üç mənzilin birləşdirilməsi ilə inşa edilib. Çıxarışla 9 otağa malik olsa da, alan şəxs öz istəyinə uyğun olaraq otaqlarını sayını azalda və ya artıra bilər.

Mənzil nə az, nə çox – 12 000 000 manata satışa çıxarışa çıxarılıb.