Bakının qorxusundan heç kəs gəlmədi – Arşakyanbackend

Bakının qorxusundan heç kəs gəlmədi – Arşakyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni xalqının tarixi təqvimində növbəti qara gün sentyabrın 2-də yarandı. Hələ keçən il həmin gün ermənilər bir-birini bayram münasibətilə təbrik edirdi, amma bu gün təqvimin qırmızı günü qaraya çevrilib. Xalqımızın yaddaşında belə kədərli tarixlər çoxdur, lakin məhz 2 sentyabr 2021-ci il tarixdə “dqr”in – “artsaxın” son günü kimi qalacaq.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Tevos Arşakyan bölüşüb.

Onun sözlərinə görə, 2 sentyabr 1991-ci ildə erməni deputatlar “dqr”i elan etdilər: “Lakin dünən Ermənistanın ali vəzifəli şəxslərinin heç biri “arsax”a gəlmədi. Nə prezident, nə baş nazir, nə sonuncunu əvəz edən Papikyan, nə də XİN başçısı Mirzoyan. Niyə gəlmədilər? Cavab aydındır – burada söhbət qorxudan gedir. Onlar rəsmi Bakının qəzəbindən qorxurlar. Sentyabrın 2-də Robert Köçəryan və Serj Sarkisyan da “artsax”a gəlmədi. Halbuki ən azı onlar öz “doğma yerlərini” ziyarət edə bilərdilər. Lakin Köçəryanla Sərkisyanın da bunu etməyə cəsarəti çatmadı”, – deyə erməni ekspert qeyd edib.