Bakıya sərt qış gəlir: hava kəskin dəyişəcək – XƏBƏRDARLIQbackend

Bakıya sərt qış gəlir: hava kəskin dəyişəcək – XƏBƏRDARLIQ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bölgəmizdə qış aylarında kəskin hava dəyişiklikləri gözlənilir.

Bu barədə hava və iqlim məsələləri üzrə ekspert Cavid Hüseynov NOCOMMENT.az-a açıqlamasında məlumat verib.

O, bildirib ki, qış fəslinin iqlim xüsusiyyətlərinə və sinoptik şəraitə görə, dekabrın üçüncü ongünlüyündən başlayaraq, yanvar və fevral ayları da daxil olmaqla, martın birinci ongünlüyünədək bölgəmiz tez-tez soyuq hava kütlələrinin təsirinə məruz qalır.

“Bu dövrdə ölkənin əksər bölgələrində və paytaxt Bakıda bəzi günlərdə hava şəraitinin kəskin dəyişməsi, güclü küləklə müşayiət olunan qarlı və şaxtalı hava halları müşahidə olunur”.

C.Hüseynov vurğulayıb ki, əks iqlim cərəyanlarının təsiri (La Nina), həmçinin son illərdə ətraf mühitə və atmosferə artan antropogen təsirlər – atmosferə atılan emissiyaların çoxalması, aerozol tərkibində və səthi strukturlarda dəyişikliklər – bəzən hava şəraitində gözlənilməz anomaliyaların yaranması üçün əlverişli şərait yaradır:

“Bu isə meteoroloji kəmiyyətlərin iqlim normasına uyğun tərəddüdü, qəfil soyuma və ya erkən qar ehtimalını istisna etmir”.

Qeyd edək ki, La Nina tropik Sakit okeanda baş verən böyük miqyaslı iqlim hadisəsidir. Bu zaman okean səthinin temperaturu normadan aşağı düşür və bu proses qlobal hava şəraitinə güclü təsir göstərir.

Bəzi ölkələrdə çox sərt qış, güclü soyuqlar, qar və şaxta artır. Bəzi bölgələrdə isə quraqlıq, güclü küləklər və fırtınalar müşahidə edilir. Temperatur rejimi və yağıntı bölgüsü dəyişir

Aynurə İsmayıl