Bakıya yeni prokuror təyin edildibackend

Bakıya yeni prokuror təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərinə yeni prokuror təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Abbasov Elşən Akif oğlu tutduğu vəzifədən azad olunaraq Bakı şəhər prokuroru təyin edilib.

Qeyd edək ki, ötən gün Bakı şəhər Prokuroru İlqar Abbasovun səlahiyyət müddəti başa çatdığı üçün vəzifəsindən azad edilib.