Balakəndə avtomobil azyaşlını vuraraq öldürübbackend

Balakəndə avtomobil azyaşlını vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Balakəndə avtomobil 4 yaşlı qızı vuraraq öldürüb.

NOCOMMENT xəbər verir ki, hadisə oktyabrın 5-də saat 18:20-də rayonun Hənifə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Məmmədov idarə etdiyi “VAZ-2107” avtomobili ilə hərəkətdə olan zaman 2018-ci il təvəllüdlü Mirvari Allahverdiyevanı vurub. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.