Ərazidə yaranan iri çuxur sürücülər üçün təhlükəli vəziyyət yaradır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Balaxanı-Zabrat Yolu adlanan ərazidən gedir.
Sürücülər deyirlər ki, yolda iri çuxurların yaranmasına səbəb gecə saatlarında iri tonnajlı yük avtomobillərinin buradan hərəkət etməsidir. Onlar bildirirlər ki, yaranan çuxur avtomobilə ziyan vurmaqla yanaşı həm də qəza riski yaradır.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, əraziyə baxış keçilib aradan qaldırılması istiqamətində addımlar atılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













