Balinalar xərçənglə mübarizədə kömək edə bilər…backend

Balinalar xərçənglə mübarizədə kömək edə bilər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bilinən ən böyük məxluq olan balinalar milyonlarla il əvvəl yalnız yetkin bir canavar ölçüsündə idi. Balinaların bu ölçüyə çatmasını təmin edən genlər araşdırmalar nəticəsində ortaya çıxdı. Üstəlik, bu genlər bəşəriyyətə xərçəngə qarşı tədqiqat üçün də kömək edə bilər.

NOCOMMENT-in məlumatına görə, bu gün yaşayan mavi balinaların orta uzunluğu 30 metr və çəkisi 190 tona qədər olan yer üzündəki ən böyük canlılar olduğu bilinir. Balinalar təxminən 50 milyon il əvvəl quruda yaşayan kiçik əcdadlarından təkamül keçiriblər. Başqa sözlə, nəhəng ölçülərinə baxmayaraq, balinalar qısa müddət əvvəl dünya tarixi üçün o qədər də böyük deyildilər. 5-10 milyon il əvvələ qədər balinalar yalnız suiti və ya yetkin canavar ölçüsündə idi.

Zamanla okean bitkilərinin və qida maddələrinin çoxalması və suyun təmin etdiyi cazibə azadlığı balinaların bu qədər böyük olmasında rol oynayıb. Bundan əlavə, tədqiqatlar balinaların nəhəng bədənlərinin altında yatan genləri də ortaya çıxarıb. Üstəlik, balinaların nəhəng olmasını təmin edən bu genlər xərçəng araşdırmalarına işıq tuta bilər.