Bank şəhidin ailəsinə ev hədiyyə edirbackend

Bank şəhidin ailəsinə ev hədiyyə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə fəaliyyət göstərən banklardan biri torpaqlarımızın düşməndən azad olunması uğrunda canından keçmiş 21 yaşlı şəhidimiz Məmmədov Tural Taryel oğlunun ailə üzvlərini evlə təmin edəcək.

NOCOMMENT.az xəbər verir ki, müharibənin ilk günlərindən könüllü şəkildə vətənimizin müdafiəsinə yollanan Tural Məmmədov, Şuşanın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.

Özü yaralı olduğu halda, neçə-neçə yaralı əsgər yoldaşını döyüş meydanından kənarlaşdıraraq xilas edib. 21 yaşlı şəhidimiz Böyük Zəfər tariximizi öz qəhrəmanlıq dastanları ilə yazan igidlərimizdən biridir.

Turalın anası, bacısı və nənəsindən ibarət ailə üzvləri uzun illərdir kirayədə yaşadığından, bank rəhbərliyinin qərarı ilə onların ev problemi yaxın günlərdə həllini tapacaq. Bank şəhidimizin ailəsinin Bakı şəhərində evlə təminatını həyata keçirəcək. Artıq evin alınması istiqamətində işlərə başlanılıb. Şəhidimizin ailə üzvlərinə bu haqda məlumat verilib. Bankın dəstəyi bununla yekunlaşmayacaq, bank komandası hər zaman ailənin yanında olaraq, qarşıya çıxan problemlərinin həllində dəstək olacaq.

Bizə böyük qələbəni yaşadan, təqvimimizə şanlı Zəfər gününü yazan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq!