Banka yeni sədr təyin edilibbackend

Banka yeni sədr təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Access Bank” QSC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu, maliyyə sektorunda 15 ildən artıq təcrübəyə malik David Tsiklauridir.

O, bu vəzifədə Anar Həsənovu əvəz edib.

D.Tsiklauri bundan əvvəl “HamkorBank” və “Kompanion Bank”da qeyri-icraçı direktor vəzifəsində çalışıb, həmçinin Gürcüstanın Pensiya Fondunun İnvestisiya Şurasının üzvü olub, 2014-2019-cu illərdə Gürcüstanın ən böyük maliyyə institutlarında – “Bank of Georgia”da Baş Maliyyə İnzibatçısı və “TBC Bank”da İH sədrinin müavini kimi rəhbər vəzifələrdə işləyib, eləcə də Almaniyanın “Deutsche Bank”ının London ofisində Kapital bazarları və Xəzinə həlləri komandasında işləyib.

O, London Biznes Məktəbinin MBA dərəcəsinə malikdir.